Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ŞUŞANIN İŞĞALINDAN 22 İL KEÇDİ

5/5


  •            


     Şuşanın
    Ermənistan silahlı qüvvələri tərəfindən işğalı XX əsrin sonunda, Qarabağın dağ­lıq
    hissəsində yerləşdirilmiş Er­mənistan silahlı qüvvələrinin bölmələri, digər erməni
    terror­çu dəstələri və Rusiyanın 366-cı moto-atıcı alayı ilə birlikdə Yu­xarı
    Qarabağda azərbaycanlıla­rın yaşadığı yaşayış məntəqələ­rini bir-birinin
    ardınca işğal et­dilər. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət
    mərkəzi olan Şuşa şəhərini ələ keçinnəklə Ermə­nistan ordusu tərəfindən bütün
    yuxarı Qarabağ və onun ətra­fında olan 7 rayon zəbt olundu.

                Nəticədə 289 km: ərazisi, 24 min nəfər
    əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayo­nu Ermənistan silahlı qüvvələri
    tərəfindən işğal edildi. Şuşa uğ- runda döyüşlərdə 195 nəfər şə­hid oldu, 165 nəfər
    yaralandı, 58 nəfər isə itkin düşdü. Ermə­nilər tərəfindən əsir götürülmüş və
    Şuşa həbsxanasında saxlanı­lan 114 nəfər azərbaycanlı son­radan xüsusi qəddarlıqla
    qətlə yetirildi. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticə­sində Şuşanın
    25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədə­niyyət evi, 4 texnikumu, 2 insti­tut filialı, 7
    uşaq bağçası, 4 ki­no-teatrı, 5 mədəniyyət və isti­rahət parkı, 2 sanatoriya,
    turist bazası, 2 mehmanxana, Azər­baycan Xalçası Dövlət Muzeyi­nin filialı,
    Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət
    Rəsm Qalereyası, Uşaq sağlam­lıq məktəbi talan edilmiş, yan­dırılmış və
    dağıdılmışdır.

                İşğala
    qədər Şuşada memar­lıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədə­niyyət
    və tarixi abidə var idi.

                Hazırda
    Şuşa rayonunun əhalisi Azərbaycanın 55 rayo­nunda müvəqqəti məskunlaş­mışdır.

                Bir vaxtlar "Kiçik Paris", "Qafqazın
    sənət məbədi", "Azər­baycan musiqisinin beşiyi" və "Şərqin
    konservatoriyası" ad­landırılan, bir sıra görkəmli xa­dimlərin vətəni, eləcə
    də Azər­baycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri
    erməni silahlı qüv­vələrinin işğalı altındadır.


                Şuşanın abidələr şəhəri ol­duğunu söyləyən
    ümummili li­der Heydər Əliyev onun Azər­baycan üçün müstəsna əhəmiy­yətini yüksək
    qiymətləndirərək bildinnişdir ki, "Şuşasız, Qara­bağ, Qarabağsız isə Azərbay­can
    yoxdur".
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi12 il öncə
    İzlənib122 dəfə
    ŞUŞANIN İŞĞALINDAN 22 İL KEÇDİ
    Maraqlı gələ bilər
    143
    0
    280
    172
    195